26 noyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə “Tənzimlənməyən miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, "Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” mövzuları ətrafında çıxışlar dinlənilib, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.