Ordubad rayonu Sabirkənd kəndində müasir suvarma sistemləri mövzusunda keçirilən təlimdə suvarma sistemlərinin suvarma prosesində səmərəliliyi, suvarma resurslarına qənaət və burada vaxt itkisinin minimuma endirilməsindən bəhs olunub. Eyni zamanda müasir suvarma sistemlərinin əsas vasitələri olan damcı, çiləmə və pivot suvarma sistemlərinin qurulması haqqında vətəndaşlara məlumat verilərək bu sahə ilə bağlı suallar cavablandırılıb.