Ordubad rayonunda Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişaf planı müzakirə olunub

          06 avqust tarixində Ordubad rayonunda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq hazırlanmış Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının maraqlı tərəflərlə müzakirəsi aparılıb. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Azərbaycan Turizm Bürosunun, Birləşmiş Millətlərin İnkişaf Proqramının (UNDP) əməkdaşları və muxtar respublikanın turizm sənayesinin aparıcı nümayəndələri iştirak ediblər.

      Ordubad rayonununda fəaliyyət göstərən sahibkarların da qatıldığı tədbirdə  Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əməkdaşı Kənan Salamzadə, Azərbaycan Turizm Bürosunun mütəxəssisləri Simran Hacəliyev və Tamerlan Hüseynov, Azərbaycan Turizm Bürosunun eksperti Donald Taylor, eləcə də Birləşmiş Millətlərin İnkişaf Proqramının layihə meneceri Rəvan Həsənzadə mövzu ətrafında çıxışlar ediblər. Mütəxəssislər tərəfindən mövzu ilə bağlı  təqdimat nümayiş etdirilib. Daha sonra sahibkarlar ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.