Ordubad rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

      16 noyabr 2024-cü il tarixində Ordubad rayonunda növbəti yaşıllıq aksiyası təşkil edilib. 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak ediblər.

      Ağacəkmə aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun Aza, Dəstə və Əylis kəndləri ərazilərində, eləcə də Şəhriyar qəsəbəsinə gedən yolun kənarına yeni ağac tingləri əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.

      Qeyd edək ki, Ordubad rayonunda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər ardıcıl olaraq həyata keçirilməkdə davam edir.