BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi, eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən rayonda növbəti ağacəkmə aksiyası keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatlarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı Naxçıvan-Ordubad magistral avtomobil yolunun kənarlarında, kəndlərimizdə yaşıllıq sahələrində abadlıq, bərpa işləri aparılıb, 2443 ədəd meyvə, 43 ədəd çinar tingi və gül kolları əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.