Ordubad rayonunda növbəti yaşıllıq aksiyası keçirildi

       22 oktyabr tarixində Ordubad rayonunda növbəti ağacəkmə aksiyası təşkil edilib. 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada, idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

      Ağacəkmə aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun Düylün, Aza və Əylis kənd ərazilərinin yol kənarlarında yeni tinglər əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.

      Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.