Ordubad rayonunda Qurban Bayramı münasibətilə qurbanlıq heyvanlar kəsilib

Dünya müsəlmanlarının böyük sevinc və təntənə ilə qeyd etdiyi müqəddəs Qurban Bayramı bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. Bayram münasibətilə Ordubad rayonunda da bir sıra tədbirlər həyata keçirilib.

Qurban Bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının mövcud norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə təşkil olunması məqsədilə Dəstə kəndində çadır tipli satış-kəsim məntəqəsi qurulub. Zəruri avadanlıqlarla təchiz edilmiş bu məntəqədə qurbanlıq heyvanların kəsimi müvafiq qurum tərəfindən təhkim olunmuş baytar həkimin nəzarəti altında həyata keçirilib. Kəsim prosesi baytarlıq nəzarətindən keçmiş heyvanlarla və sanitar-gigiyenik tələblərə tam riayət olunmaqla, İslam dininin qaydalarına uyğun şəkildə aparılıb.