ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda şəhid ailələri ilə növbəti görüş keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bir neçə şəhid ailəsini ziyarət edib. Görüş zamanı Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın xatirəsi dərin hörmətlə yad olunub və onların şücaətinin xalqımızın yaddaşında daim yaşayacağı xüsusi qeyd olunub.

Ziyarət çərçivəsində ailələrin mövcud vəziyyəti, gündəlik qayğıları və ehtiyacları yerində araşdırılıb. Rəcəb Rəhimli bildirib ki, dövlət tərəfindən şəhid ailələrinin sosial təminatına həssas yanaşılır və bu istiqamətdə görülən işlər daima diqqət mərkəzində saxlanılır. O həmçinin müraciətlərin operativ şəkildə icrasına böyük önəm verildiyini vurğulayıb.