Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları, valideyn himayəsindən məhrum olan və xüsusi istedadlı uşaqlarların iştirakı ilə bayram tədbiri keçirilib.
Tədbirin əvvəlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbir iştirakçılarını “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə təbrik edib. İcra başçısı Həmrəylik Gününün Azərbaycan xalqının milli birlik və həmrəylik rəmzi olduğunu vurğulayıb və belə tədbirlərin gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq baxımından əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində xüsusi istedadlı uşaqlar öz bacarıqlarını nümayiş etdirib, müxtəlif musiqi, rəqs və ədəbi kompozisiyalar təqdim ediblər. Daha sonra uşaqlara hədiyyələr təqdim edilib .
Tədbir xoş və bayram əhval-ruhiyyəsi ilə yekunlaşıb.