1992-ci ildə Xorxat yüksəkliyində şəhidlik zirvəsinə ucalmış Sadiqov Qafil Orucqulu oğlunun doğum günü ilə əlaqədar olaraq 10 yanvar 2025-ci il tarixdə Ordubad şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, Gənzə kənd məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Tədbir iştirakçıları çıxışlarında Vətən uğrunda canından keçən Qafil Sadıqovun göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışmış, onun əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulamışlar. Həmçinin qeyd olunub ki, Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.
Daha sonra Gənzə kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib
Şəhid ailə üzləri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.