44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xəlilli Namiq Həsən oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Azadkənd kəndində şəhidimizin məzarı ziyarət olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları, Dəstə və Azadkənd kəndlərinin tam orta məktəb kollektivləri, kənd sakinləri iştirak edib.
Tədbirdə Azərbaycan xalqı tərəfindən mübariz oğul və qızlarının şücaətinin hər zaman yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyi, əziz xatirələrinin uca tutulduğu vurğulanıb, dövlətimizin diqqət və qayğısı, mənəvi dəstəyi ifadə edilib.