Ordubad rayonunda şəhidin anım tədbiri keçirilib

    09 avqust 2019-cu il tarixdə “Soyuqdağ” yüksəkliyində hərbi xidmət vəzifələrini icra edən zaman şəhidlik zirvəsinə ucalan Yusifov Vüsal Nizami oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, Unus kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Unus kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

      Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhidimizin yaxın ailə üzvlərinə mənəvi dəstək ifadə olunub. Şəhid ailələri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.