Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 16 aprel 1994-cü il tarixdə Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Nəbiyev Qurban Cavad oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib, şəhidimizin xatirəsi yad edilib. Dəstə kənd qəbiristanlığında məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, şəhidin ailə üzvləri, Dəstə kənd tam orta məktəbinin kollektivi və kənd ictimaiyyəti iştirak edib, Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər vətənimizin müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin hər zaman ehtiramla yad edildiyini vurğulayıb, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyini qeyd ediblər.