Ordubad rayonunda şəhidin xatirəsi yad edilib

    44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nəcəfov Vüqar Aydın oğlunun doğum günü ilə əlaqədar Dırnıs kəndində anım tədbiri keçirilib, xatirəsi yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, şəhid ailələri, Dırnıs kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dırnıs kəndində yerləşən Şəhidlər Xiyabanında şəhidin xatirəsinə inşa edilən baralyefi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

    Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti, eləcə də, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Bu sahədə Ordubad rayonunda da sistemli işlərin görüldüyü diqqətə çatdırılıb.

     Dırnıs kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib

     Şəhid ailələri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.