06 noyabr 2009-cu il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Şərur rayonunun Havuş kəndində şəhadətə yüksələn Quliyev Sərxan Elxan oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Dırnıs kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri, Dırnıs kənd icra nümayəndəsi, Bələdiyyə sədri və kənd ictimaiyyəti iştirak edib, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həmçinin, şəhidlərin xatirələrinin hər zaman yad edilməsi, onların adının əbədiləşdirilməsi ilə əlaqədar keçirilən bu tədbirlərə və göstərilən ehtirama görə minnətdarlıq ediblər.