01 iyul 2024-cü il tarixdə Ordubad rayonunun Sabirkənd kəndində Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə şəkər çuğundurunun istehsalı sahəsində təlim xarakterli tədbir keçirilib. Tədbirdə kənd sakinlərinə şəkər çuğundurunun əkilməsi, becərilməsi, eləcədə onun tərkibi və texniki xüsusiyyətləri haqqında məlumat verilib, həmçinin məhsulun yığım qaydaları izah edilib. Bununla yanaşı bu sahə ilə məşğul olmaq istəyən şəxslərə dövlət tərəfindən toxum vasitələrinin verilməsi və müəyyən subsidiyaların ödənilmə prosesinin həyata keçiriləcəyi çatdırılıb.
Sonda kənd sakinlərinin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb, iştirakçılara mövzu üzrə məlumatların fotolarda əks olunduğu bukletlər paylanılıb.