ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda "Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirildi

      26 noyabr 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin birgə təşkilatçılığı ilə "Suların istifadəsi və mühafizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən aidiyyəti qurumun nümayəndələri Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin fəaliyyəti və  son dövrlərdə iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirindən danışaraq, suların qorunması, səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyətini vurğulayıblar.