23 may 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ordubad Rayon Polis Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəngəzur Milli Parkının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, taxıl istehsalçıları, kombaynçılar ilə birgə Dəstə kəndində “Taxıl biçini və tədarükü dövründə taxıl-otlaq sahələrində yanğın hadisələrinin qarşısının alınması, meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə taxıl biçini və tədarükü dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi, taxıl zəmilərində və otlaq sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsində sahibkarların, torpaq mülkiyyətçilərinin üzərinə düşən vəzifələr mövzusunda tövsiyələr verilmiş, iştirakçılara bukletlər paylanmışdır.