12 dekabr 2024-cü il tarixdə Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin Anım mərasimi keçirilib.
İlk olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq mühafizə orqanlarının, həmçinin rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və icra nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, abidənin önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar olaraq ehsan süfrəsi təşkil olunub. Mərasimin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində müstəsna xidmətlərini vurğulayıb. İcra Başçısı, Azərbaycan dövlətçiliyinin bütün inkişaf mərhələlərində Heydər Əliyev dühasının adının keçdiyini bildirərək ölkənin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və sosial sahələrdə əldə olunan uğurlarda, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında Ulu Öndərin əvəzolunmaz rolundan bəhs edib.
Daha sonra Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə Ümummilli Lider Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi, xalqına olan sonsuz sevgisi və xidmətləri haqqında danışaraq dahi şəxsiyyətə həsr olunan şeirlərini səsləndirib.
Anım Günü tədbirində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Mərasimdə həmçinin dövlət qurumlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.