Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni dövrün tələblərinə uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, onların dövlət təşkilatlarına, dövlət qulluqçularına olan inamının artırılması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Azadkənd kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin baçşısı Rəcəb Rəhimli ilk növbədə cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamından ətraflı bəhs edərək, verilən Sərəncamın rayonumuz üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb. Tariximizin parlaq səhifəsi olan 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatından sonra regionda yaranan yeni reallıqlar, Naxçıvan Muxtar Respublikada yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institununun müasir idarəçilikdə, vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulmasında yeri, həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib.
Görüş zamanı kənd sakinləri sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, su, işıq, qaz, rabitə, yol və digər sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən gündəlik məsələlərin, təklif və müraciətlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, araşdırma tələb edən məsələlər araşdırılması üçün qeydiyyata alınıb.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına, eyni zamanda Ordubad rayonu ilə əlaqədar verilən müvafiq Sərəncama görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.