2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində 27 aprel 2024-cü il tarixdə Ordubad rayonunda növbəti yaşıllaşdırma aksiyası həyata keçirilib.
Ekoloji tarazlığının bərpası, ətraf mühitin qorunmasına kömək etmək, təbiətə diqqət və qayğının göstərilməsi, eləcə də yaşıllıqların bərpası və artırılması istiqamətində həyata keçirilən genişmiqyaslı yaşıllıq aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun hər iki tərəfində salınan meyvə bağlarında aqrotexniki işlər görülüb, yolkənarı alaq otlar təmizlənib, suvarma prosesi aparılıb.