2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində, 17 may 2025-ci il tarixində Ordubad rayonu ərazisində növbəti yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib. Görülən işlərin davamı olaraq Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq sahələrində və bağlarında alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib. Eyni zamanda ərazilər tullantılardan təmizlənib və suvarma işləri aparılıb.
Yaşıllıqlara qulluq və abadlıq işlərində idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.