Ordubad rayonunda yaşıllıqların qorunması və mövsümə uyğun olaraq aqrotexniki qulluq göstərilməsi davam etdirilir

          Bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri və “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Ordubad rayonunda növbəti dəfə yaşıllıqların mühafizəsi üçün aksiya keçirilib. 21 sentyabr 2024-cü il tarixdə Ordubad rayonu ərazisində salınan bağ və parklarda abadlıq işləri görülüb. Alaq otları biçilib, quru budaqlar kəsilərək götürülüb, ağac və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq edilib.

        Ətraf mühitin mühafizəsi, salınan yaşıllıqların qorunması və ekoloji təhlükəsizliyin təmini məqsədilə keçirilən abadlıq fəaliyyəti zamanı rayon ərazisində salınan bağ və parkların ərazisi suvarılıb, tullantılar təmizlənib. Abadlıq işlərində rayon idarə, müəssisə və təşkilatların, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıqla iştirak ediblər.