Ordubad rayonunu Behrud kəndində şəhidin anım günü keçirilib.

    22 may 1996-cı il tarixdə Şahbuz rayonunda hərbi xidmət vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalan Şəfiyev Səbuhi Fərman oğlunun il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Təhsil şöbəsinin əməkdaşları, şəhid ailələri, Biləv və Behrud  kəndlərində fəaliyyət göstərən qurumların nümayəndələri, Behrud kənd tam orta məktəbinin kollektivi iştirak edib. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

    Çıxış edənlər şəhidin həyat və döyüş yolu haqqında məlumat veriblər. həmçinin, şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirərək minnətdarlıq ediblər. 

    Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.