Ordubad rayonunun Ağrı kəndində şəhidin anım tədbiri keçirilib

    04 mart 1994-cü il tarixdə Fizuli rayonu Aşağı Seyidəhmədli kədində şəhidlik zirvəsinə ucalan Əliyev Seyfəddin Yaqub oğlunun il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və İcra Hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin, rayon Təhsil şöbəsinin nümayəndələri, Ağrı kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri iştirak edib. Ağrı kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.  Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

   Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Həmçinin, müasir döyüş avadanlıqlarının uğurla tətbiq olunduğu Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, eyni zamanda həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya müstəvisində apardığı mübarizədən, Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı qeyd edilib.