Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalan Babayev Emin Əli oğlunun xatirəsi yad edilib. Başkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyat və döyüş yolundan bəhs olunub. Xalqımızı tarixi Zəfərə daşıyan, vətənimizin müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərimizin hər zaman ehtiramla yad olunduğu vurğulanıb.
Çıxış edənlər şəhidlərin xatirəsinin əziz tutulmasını, şəhid ailələrinin daim diqqətdə saxlanılmasını göstərilən hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirərək minnətdarlıq ediblər.