ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunun Dəstə kəndində aqrar sahəyə dair maarifləndirici tədbir keçirilib

 

24 iyul 2025-ci il tarixdə Ordubad rayonunun Dəstə kəndində kənd təsərrüfatı üzrə maarifləndirici tədbir keçirilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə taxıl biçinindən sonra yay şumunun aparılması, torpağın təkrar əkinlər üçün hazırlanması, torpaq analizlərinin əhəmiyyəti, məhsuldar taxıl sortları və aqrar sığorta mexanizmləri barədə iştirakçılara məlumat verilib. Çıxış edən mütəxəssislər mövzular üzrə tövsiyələrini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.