19 may 1994-cü il tarixdə Sədərək rayonunda ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhidlik zirvəsinə ucalan Rzayev Surxay İsa oğlunun il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri, Düylün kəndində fəaliyyət göstərən qurumların nümayəndələri, Düylün kənd tam orta məktəbinin kollektivi iştirak edib. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Çıxış edənlər şəhidin həyat və döyüş yolu haqqında məlumat veriblər. Məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.