Düylün kəndində şəhid Abdullayev İntiqam Allahverdi oğlunun xatirəsi yad edilib. 03 oktyabr 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidimizin doğum günü ilə əlaqədar Düylün kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Gömrük Komitəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Düylün kəndində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər Azərbaycan əsgərinin, zabitinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən 44 günlük müharibədən bəhs edib, xalqımızın dəmir yumruq kimi birləşdiyi tarixi, şanlı Zəfərimizin bizim qürur mənbəyimiz olduğunu ifadə ediblər. İstiqlal tariximizdə şanlı səhifə yaradan, haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhid ailələri göstərilən hörmət və ehtirama görə minnətdarlıq ediblər.