Ordubad rayonunun Sabirkənd kəndində baramaçılıqla bağlı təlim keçirilib

    Ordubad rayonu Sabirkənd kəndində baramaçılığın inkişafı ilə bağlı təlim təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə kümxanaların mövsümə hazırlanması, ipəkqurdunun saxlanması qaydaları, o cümlədən ipəkqurdu xəstəlikləri ilə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, bu sahənin inkişaf etdirilməsinin əhalinin məşğulluğunun artırılmasındakı əhəmiyyəti qeyd edilib.

       Sonda təlim iştirakçılarının mövzuya dair sualları cavablandırılıb.