Ordubad rayonunun Sabirkənd kəndində şəhidin anım tədbiri keçirilib

   11 iyul 2001-ci il tarixdə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalan Rəfiyev Əmir Həsənpaşa oğlunun anım tədbiri keçirilib. Sabirkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

    Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

   Çıxışlarda ölkəmizin ərazi bötüvlüyünün, suverenliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın xatirəsinin daima məğrurluq və böyük ehtiramla yad edildiyi vurğulanıb.  Çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həmçinin, şəhidlərin xatirələrinin hər zaman yad edilməsi, onların adının əbədiləşdirilməsi ilə əlaqədar keçirilən bu tədbirlərə və göstərilən ehtirama görə minnətdarlıq ediblər.