Ordubad rayonunun Tivi kəndində anım tədbiri keçirilib

     29 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan “Qarabağ” ordenli şəhid Budaqov Rufiz Şirzad oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib, Tivi kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Tivi kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Tivi kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər Abidəsində keçirilən tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.

    Çıxış edənlər müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar. Şəhid ailəsi göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq edib.

     Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.