20 aprel 1994-cü il tarixdə Kəlbəcər rayonunda ölkəmizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Babayev Üzeyir Fərhad oğlunun doğum günü ilə əlaqədar Üstüpü kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin əməkdaşları, Üstüpü kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Həmçinin, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.