Ordubad şəhər Məhəmməd Füzuli adına İnternat tam orta məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüş keçirilib.
Tədbir zamanı çıxış edən Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şagirdləri və məktəbin pedoqoji heyətini təbrik edib. İcra başçısı Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə danışaraq, bu günün Azərbaycan xalqının milli birliyi və həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eləcə də, uşaqların rifahının və onların yaxşı təhsil almasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edib.
Daha sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqlara bayram hədiyyələri təqdim edilib. Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.