20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin kollektivi, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, hərbi hissənin zabit və əsgərləri, rayon sakinləri Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.