26 iyul tarixində Ordubad Rayon İcra Hakimiyyətinin və “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi gəncləri narkotik vasitələrin fəsadları barədə məlumatlandırmaq, sağlam həyat tərzini təşviq etmək və bu sahədə maarifləndirici təşəbbüsləri gücləndirməkdən ibarət olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib. Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayıb, bu cür tədbirlərin gənclərin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, narkotik vasitələr insan sağlamlığına, psixoloji duruma və bütövlükdə cəmiyyətə ciddi zərər vurur. İştirakçılara sağlam həyat tərzinin üstünlükləri barədə faydalı məlumatlar və tövsiyələr təqdim olunub.
Tədbir qarşılıqlı sual-cavab və diskussiya formatında davam edib.