Ordubadda növbəti ağacəkmə aksiyası keçirildi

      2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Ordubad rayonunda növbəti yaşıllaşdırma tədbirləri həyata keçirilib.

     05 aprel 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Rəhimli, məsul şəxslər, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər

     Aksiya çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun Dəstə və Əylis kəndlərindən keçən hissəsində, eləcə də rayon ərazisindəki digər bağ sahələrində yeni tinglər əkilmiş, mövcud ağaclara aqrotexniki qulluq göstərilmişdir. Eyni zamanda qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəz olunmuş, alaq otları biçilmiş, ərazilər tullantılardan təmizlənmiş və suvarma işləri aparılmışdır.

      Qeyd edək ki, həyata keçirilən yaşıllaşdırma aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına töhfə vermək, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsini təmin etməkdir.