13 may 2025-ci il tarixdə Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsi zamanı Xorxat yüksəkliyində şəhidlik zirvəsinə ucalmış Qənbərov Eldar Əsəd oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətininin, Səfərbərlik xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Rayon Polis Şöbəsinin əməkdaşları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlığı vətənpərvərlik nümunəsi kimi gənc nəslə örnəkdir.
Sonda Ordubad şəhər 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.