18 may 1992-ci ildə Sədərək döyüş bölgəsində şəhidlik zirvəsinə ucalan İbrahimov Əşrəf İbrahim oğlunun mövludu günü ilə əlaqədar anım tədbiri keçirilib. Ordubad şəhərində Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, rayon Təhsil şöbəsinin nümayəndələri, Baş Dizə kənd tam orta məktəbinin müəllim-şagird kollektivi, şəhidin yaxın qohumları iştirak edib.
Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, suverenliyinin tam qazanılması, ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman ehtiramla yad edildiyini vurğulayıblar.
Şəhidin yaxın qohumları göstərilən mənəvi dəstəyə görə təşəkkür edib. Ölkə rəhbərinin şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.