Ordubadda şəhidin anım tədbiri keçirilib

Ölkəmizin ərazi bötüvlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı 20 aprel 1994-cü ildə - 30 il öncə Ağdərə rayonunda şəhidlik zirvəsinə ucalan Babayev Natiq Barat oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib, şəhidimizin xatirəsi yad edilib. Ordubad şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması üzrə müavini   və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, şəhidin ailə üzvləri iştirak edib. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib, dövlətimiz tərəfindən şəhid adının uca tutulması, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı vurğulanıb. Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, eyni zamanda həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya müstəvisində apardığı mübarizədən, Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı, ehtiramla yad ediləcəyi vurğulanıb.