23 oktyabr 1993-cü ildə şəhidlik zirvəsinə ucalan Xudayarov Elnur Rza oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri, Dırnıs kənd tam orta məktəbinin kollektivi və kənd sakinləri iştirak edib.
Tədbirdə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, suverenliyinin tam qazanılması, ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman ehtiramla yad edildiyi vurğulanıb, ölkəmizin şanlı Zəfər tarixindən bəhs olunub.