“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ordubad rayonunda növbəti abadlıq və təmizlik tədbirləri həyata keçirilib. 19 iyul 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Tədbirlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, həmçinin rayonun digər yaşıllıq zolaqlarında genişmiqyaslı abadlıq və təmizlik işləri görülüb, ağaclara aqrotexniki qulluq göstərilib. Ərazilərdə alaq otları biçilib, tullantılar yığışdırılıb və suvarma işləri aparılıb.
Ətraf mühitin mühafizəsi, təbiətin qorunması və ekoloji tarazlığın təmin olunmasına töhfə vermək məqsədilə təşkil edilən bu tədbirlərdə yüksək fəallıq nümayiş etdirilib