2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Ordubad rayonunda növbəti abadlıq və təmizlik tədbirləri həyata keçirilib. 31 may 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan abadlıq işlərində idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Görülən işlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq zolaqlarında abadlıq və təmizlik işləri görülüb, ağaclara aqrotexniki qulluq göstərilib. Eyni zamanda alaq otları biçilib, tullantılar ərazilərdən təmizlənib və suvarma işləri aparılıb.
Ətraf mühitin mühafizəsi, təbiətin qorunması və ekoloji tarazlığın saxlanılmasına töhfə vermək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.