Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Həmçinin iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü olub.