27 aprel 2024-cü il tarixdə Ordubad şəhər 1 saylı tam orta məktəbdə Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib. Rayonun müxtəlif məktəblərinin 9-11-ci siniflərindən seçilən 50 nəfər şagird Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı və digər məsələləri özündə əks elətdirən test suallarını cavablandırıb. Qalib iştirakçılar regional mərhələdə iştirak etmək hüququ əldə edəcəklər.