Qoruqlar kəndində şəhid Ağayev Elşad Bayram oğlunun anım tədbiri keçirildi

    1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Ağayev Elşad Bayram oğlunun xatirəsi ehtiramla yad edilib, anım günü ilə əlaqədar məzarı ziyarət olunub. 26 yanvar 2025-ci il tarixdə  keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq ərazidən seçilən deputatı İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, müvafiq ərazi dairəsində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər

    Tədbirdə şəhidimizin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verilib, ruhuna dualar oxunub. Çıxışlarda ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin daim ehtiramla yad edildiyi, həmçinin, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

     Sonda şəhid və müharibə iştirakçılarına  göstərilən diqqət və qayğıya görə ümumi minnətdarlıq ifadə olunub.