8 Aprel 2025, Çərşənbə axşamı

“Quru meyvə və çərəz istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib

     18 fevral 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu, Bank Respublika ASC-nin əməkdaşları ilə birgə Ordubad rayonunun Sabirkənd kəndində “Quru meyvə və çərəz istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə sahibkarlara və təsərrüfatçılara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib. Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, rayonda biznes üçün imkanlar, iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.

      Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.