8 may 2025-ci il tarixdə Birinci Qarabağ müharibəsi şəhidi Həsənəliyev Asəf Ələkbər oğlunun anım günü ilə əlaqədar Ordubad şəhər Şəhidlər Xiyabanında tədbir keçirilib. Əvvəlcə şəhidin xatirəsinə ehtiram əlaməti olaraq məzarı ziyarət edilib və gül dəstələri düzülüb.
Anım mərasimində Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, Ordubad şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Asəf Həsənəliyevin həyat və döyüş yolundan danışaraq onun qəhrəmanlığını, Vətənə olan sədaqətini xüsusi vurğulayıblar. Şəhidin yaxınları göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, onun xatirəsinin daim qəlblərdə yaşayacağını ifadə ediblər.
Sonda şəhidin ruhuna dualar oxunub, məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.