Ordubad şəhərində vətən uğrunda canından keçmiş şəhid İbrahimov Əşrəf İbrahim oğlunun doğum günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbir Ordubad şəhər Şəhidlər Xiyabanında baş tutub, şəhidin məzarı ziyarət edilib. Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Polis şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhid Əşrəf İbrahimovun Vətən qarşısında misilsiz xidmətlərindən danışıb, onun qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu vurğulayıblar. Şəhidin yaxınları göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, onun xatirəsinin daim qəlblərdə yaşayacağını ifadə ediblər. Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.
Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.