ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid İntiqam Abdullayevin xatirəsi yad edilib.

    Ordubad rayonunun Düylün kəndində Vətən müharibəsi şəhidi Abdullayev İntiqam Allahverdi oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər və  ictimaiyyət nümayəndələri iştirak edib.

     İştirakçılar əvvəlcə şəhidin məzarını ziyarət edərək üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhidimizin döyüş yolu, vətənpərvərliyi və əzmkarlığı barədə məlumat verilib. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq və gələcək nəsillərə nümunə olacaqdır, xatirələri hər zaman hörmət və ehtiramla yad ediləcəkdir. Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

    Abdullayev İntiqam Allahverdi oğlu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olub və ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə” medalları və “3-cü dərəcəli Rəşadət Ordeni” ilə təltif edilib.